ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Azərbaycan Respublikasında alternativ enerji mənbələri

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan ehtiyatların məhdudluğu (neft,qaz, daş kömür, yanar şistlər və s) və ətraf mühitdə ekoloji tarazlığın saxlanılması alternativ – bərpa olunan enerji mənbələri hesabına istehsal olunan enerji həcminin artırılması zəruriyyətini qarşıya qoyur. Alternativ və bərpa olunan enerji mənbələrinə günəş, külək, geotermal, mantiya, biokütlə, dalğa,dəniz cərəyanları, nüvə, qabarma- çəkilmə və su enerjisi aid edilir. Artiq bir sıra dunya dövlətlərində bərpa olunan təmiz alternativ enerji mənbəələrindən istifadə ildən-ilə genişlənir. Bu sahədə inkişaf etmiş dövlətlər qrupuna daxil edilən ABŞ, Kanada, Almaniya, Fillandiya, Norveç, Danimarka, İspaniya, Yaponiya, Cin və Rusiya qabaqcıl mövqe tutur. Bu dövlətlərdə alternativ enerji mənbələrindən istifadə sahəsində müəyyən təcrübə əldə olunmuş və enerji balansında bu mənbəələr hesabına əldə olunam enerjinin xüsusi çəkisi 2-9 % arasında dəyişir. Ümumilikdə isə inkişaf etmiş ölkələrdə bərpa olunan enerji mənbələrinin payına su elektrik stansiyaları daxil olmaqla ümumi istehsal olunan enerjinin orta hesabla 13-15 %-i düşür.Eyni zamanda bu dövlətlərdə alternativ enerji mənbələrindən istifadə edilməsi elektroenergetikanın prioritet istiqaməti kimi qəbul edilmişdir.
    Azərbaycan Respublikası özünün ənənəvi təbii şəraiti və alternativ enerji potensialına malik olmasına baxmayaraq hələlik bu mənbələrdən kifayət qədər istifadə etməyən dövlətlər qrupuna daxil edilir.Belə ki, külək, günəş, geotermal, biokütlə və su enerji ehtiyatlarının yüksək olmasına baxmayaraq Azəbaycan Respublikasında bu enerji mənbələrindən əldə olunan təhlükəsiz, ekolji cəhətdən təmiz enerjinin xüsusi çəkisi cox cüzidir. Bir nece külek enerji qurguları və ayrı-ayrı rayonlarda pilot layihə kimi fəaliyyətə başlamış istehsal mənbəələrində başqa respublikada bu istiqamətdə hec bir enrji istehsal mənbəyinə təsadüf edilmir.
     Dövlət Proqramına uyğun olaraq Azərbaycan respublikasının təbii iqlim şəraiti təhlil edilərək alternativ enerji mənbəələrinin potensial ehtiyatlarının müəyyənləşdirilməsinə başlanılmışdir.Bu istiqamətdə əsas prioritet külək, günəş, kiçik su elektrik stansiyaları, biokütlə enerji mənbəələrinə verilmişdir.Qeyd etmək lazımdır ki, 2005-2013-cü illər ərzində bu istiqamətdə Azərbaycan Respublikasında 20-dən çox tədbirin həyata keçirilməsi və bu tədbirlərin konkret icraçı qrumları artıq müəyyən edilmişdir.
    Azərbaycan Respublikasının təbii iqlim potensialının təhlili göstərir ki,respublika ərazisi 800 MVt illik külək, 1m2 yer səhtinə düşən 1500-200 KVt saat günəş enerjisi, 5 mlyard KVy saat kiçik su elektrik stansiya hidroenerji, 2 milyon tondan çox illik tullantı- biokütlə-enerji, eyni zamanda istifadəsi mümkün olan əhəmiyyətli dərəcədə geotermal enerji potensial ehtiyatları ilə təmin olunmuşdur.Abşeron yarımadası, Gəncə - Daşkəsən zonası, Naxçıvan MR, Xəzərsahili dəniz zolağı, Xəzər dənizinin ada əraziləri orta güclü külək enerji,günəş qurğularının yerləşdirilməsi üçün,digər ərazilər isə biokütlə enrji istehsalının təşkil edilməsi üçün böyük potensiala malikdir.Həmçinin respublikanın kiçik çayları üzərində 61 kiçik SES –nın yaradılması mümkün hesab edilir. Kür çökəkliyi, Talış dağları zonası, Quba –Xaçmaz zonası isə geotermal enerji potensialından istifadə üçün əlverişli sayılır.
     1997-ci ildə Kioto razılaşma protokolunun imzalanması ilə əlaqədar bütün dünya dövlətləri ətraf mühitdə istilik effekti yaradan istixana qazlarının, xüsusən karbon qazının 2020-ci ilə qədər ətraf mühitə atılmasının 2-5 % həcmində azaldılması öhdəliyini qarşıya qoymuşdur. Kioto protokolunu ratifikasiya etmiş ölkələrdən biri də Azərbaycan Respublikasıdır. Azərbaycan Respublikası ərazisində mədəndaxili səmt qazlarının tutulub istifadə edilməsi,alternativ enerji mənbəələrindən istifadə olunması,avtomobil qaz tullantı mənbəələrinin ləğv edilməsi tədbirlərinin həyata keçirilməsi ilə müəyyən mənada Kioto çağırışına artıq qoşulmuşdur. Bu istiqamətdə ekoloji vəziyyətin yaxşılaşdırılması üçün böyük ehtiyyat mənbəələri mövcuddur.Lakin ekoloji və karbohidrogen yanacaqlarından səmərəli istifadə baxımından hələlik bu istiqamət mövcud tələblərdən geri qalır. Bazar iqtisadiyyatı şəraitində alternativ enerji mənbəələrindən istifadə ilə əlaqədar kapital qoyluşu riskinin azaldılması üçün zəruri subsidiyaların, hüquqi tənzimlənmə mexanizminin olmaması və bu sahədə sahibkarlığın lazımı səviyyədə dəstəklənməməsi sahənin inkişafına əhəmiyyətli səviyyədə öz təsirini göstərir.Azərbaycan Respublikasında günəş su qızdırıcıları kollektorları ,hava kollektorları, külək batereyalarının sənaye istehsalının təşkili, eyni zamanda tətbiqi üçün əsas regionlardan biri hesab edilir. Bu istiqamətdə biznesin qurulması prioritet istiqamət hesab edilir.
   Respublikada urbanizasiyalı regionların getdikcə artması ekoloji vəziyyətdəki böhran həddini gərginləşdirir. İri şəhərlərdə atmosfer havasında sanitar-gigiyenik inqridientlərin normadan çox olması bir sıra xəstəliklərin kütləvi hal almasına gətirib çıxarmışdır. Mövcud ekoloji durumun yaxşılaşdırılması və respublika əhalisinin təmiz ekoloji mühitdə yaşamaq hüququnun təmin edilməsi tələbləri də alternativ enerji mənbəələrindən istifadənin genişləndirilməsini həyati zəruriyyət kimi qarşıya qoyur. Bu sahədə isə düşünməyin və fəaliyyətin genişləndirilməsi vaxtı çatmışdır.

tarix : 12.05.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.