ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi yaşıllaşdırma sahələrində yaz mövsümü işləri davam etdirilir.
Əlverişli ekoloji mühitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər keçirən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi layihələrdən biri də reabilitasiya olunmuş mədən  ərazilərində, o cümlədən inzibati binaların ətrafında yaz mövsümü ilə əlaqədar mövcud olan yaşıllıq zolaqlarına, əkilmiş müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilməsindən ibarətdir. 

Hazırda Torpaqların Rekultivasiyası Departamentinin (TRD), İnzibati Təsərrüfat şöbəsinin kollektivi bu istiqamətdə gördüyü işlər yüksək perspektivlərdən xəbər verir və ekoloji durumun daha da yaxşılaşdırılmasına xidmət edir.
Bu məqsədlə, tədbirlər planına uyğun olaraq QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin təcrübəli mütəxəssisləri tərəfindən xidmət göstərdikləri SOCAR-ın Qaz Emalı Zavodunun istehsalat sahələrində, “Azneft” İB-nin “Bibiheybətneft”, “Abşeronneft”, H.Z.Tağıyev adına NQÇİ-lərin reabilitasiya olunmuş mədən ərazilərində, TRD-nin inzibati binasının ətrafında  (A-4 Zığ sahəsi) və O.Vəliyev 1 ünvanında yerləşən (H.Əliyev adına NEZ-nun 9-cu sahəsi) yaşıllıq sahələrində yaz mövsümü işlər aparılır.
Ümumilikdə mədən ərazilərində 111360, QSC-nin inzibati binalarının ərazilərində isə 8423 ədəd müxtəlif növ ağacların, bəzək kollarının və güllərin dibləri boşaldılır, alaq otlardan təmizlənir, mexaniki və damcı üsulları ilə suvarma işləri aparılır. Lazım olan üzvi və mineral gübrələrlə təmin edilərək aqrotexniki xidmətlər göstərilir.
Ekoloji vəziyyətin yaxşılaşdırılmasında və insan sağlamlığının qorunmasında yaşıllıqların roluna böyük önəm verən “Ekol Mühəndislik Xidmətləri” QSC bu sahələri fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul edərək bundan sonra da bütün zəruri tədbirlərin həyata keçirilməsini qarşısına məqsəd qoymuşdur.













tarix : 10.04.2019

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.