Laboratoriya xidmətləri
Komleks Tədqiqatlar Laboratoriyası (KTL)
Hazırda "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Ekoloji Monitorinq Departamentinin nəzdində fəaliyyət göstərən Kompleks Tədqiqatlar Laboratoriyası (KTL) 2006-ci ilin iyun ayında yaradılmışdır. KTL Azərbaycan Milli Sertifikatlaşdırma Sistemində akkreditasiyadan keçmiş, geniş spektrli analitik xidmətlər göstərməsi üzrə ixtisaslaşdırılmışdır.
KTL-nın personalı yüksək ixtisaslı, böyük təcrübəyə malik mütəxəssislərdən, kimyaçılardan, ekoloqlardan, mikrobioloqlardan və hidroloqlardan ibarətdir. KTL-ın dənizdə və quruda tədqiqat işləri aparmaq üçün tələb olunan müasir cihaz və avadanlıqları vardır.
KTL-ın göstərdiyi xidmətlər aşağıdakidılardır:
- Dənizdə və quruda ətraf mühitin monitorinqinin aparılması.
- Dənizin sahil zonalarından götürülmüş nümunələrin təhlili.
- Suyun, dib çöküntülərinin kimyəvi analizləri.
KTL-da aşağıdaki tədqiqatlar aparılır:
- Suyun fiziki-kimyəvi analizləri.
- Dib çöküntülərinin fiziki-kimyəvi analizlər.
- Ağır metalların analizləri.
- Dib çöküntülərin və torpaqların qranulometrik analizləri.
- Biogen maddələrin tədqiqi.
- Suda və dib çöküntülərində metalların və civənin analizi.
|