Xəbərlər
10 may 2007-ci il Ümumilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş Nizami rayonu kollektivləri arasında keçirilən mini-futbol növü üzrə rayon turnirində “EKOL”mini futbol komandası II yeri tutmuşdur.
ARDNŞ Sosial İnkişaf İdarəsi “Neftçi” İ. Ş. M-in təsdiq olunmuş vahid idman təqvim planına əsasən 10-16 sentyabr 2007-ci il tarixdə Suraxanı qəsəbəsində yerləşən İ. İsmayılov adına O.T.İ.K-də Neft və Qaz Sənayesi müəssələri arasında XV Sportakiada keçirilmişdir. 32 komanda arasında “EKOL” mini futbol komandası II yerlə mükafatlandırılmışdır.
ARDNŞ Sosial İnkişaf İdarəsi “Neftçi” İ.S.M-in təsdiq olunmuş vahid idman təqvim planına əsasən 10-16 sentyabr 2007-ci il tarixdə Suraxanı qəsəbəsində yerləşən İ.İsmayılov adına O.T.İ.K-də Neft və Qaz Sənayesi müəssələri arasında “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr edilmiş mini-futbol turniri təşkil edilmişdir. 28 komanda arasında gedən gərgin mübarizədə “EKOL” mini-futbol komandası fəxri kürsünün ən yüksək pilləsi I yeri tutmuşdur. Bu nailiyyətlərə görə “EKOL” mini-futbol komandası “Neftçi” İ.S.M. tərəfindən kubok,medallar və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Bütün bu nailiyyətlərə “EKOL” mini-futbol komandası 1 il ərzində nail olmuşdur. Hal-hazırda “EKOL Mühəndislik Xidmətləri” QSC-nin “EKOL” mini-futbol komandasına Bakı şəhəri üzrə keçirilən turnir və çempionatlara dəvətlər olmaqdadır.Əldə edilmiş bu qələbələrdə Rəhbərliyin qayğısını xüsusi ilə qeyd etmək lazımdır. “EKOL” mini-futbol komandası 2008-ci ildə keçiriləcək bütün turnir və çempionatlara qatılacaq və daha böyük uğurlar əldə edəcəkdir.
"Ekol Mühəndislik Xidmətləri" QSC nin rəhbərliyinə qayğı və diqqətə görə öz minnətdarlığımızı bildiririk.
|