|
Xəbərlər
[10.12.2008]
Yeni Azərbaycan Partiyası "Ekol" ilk ərazi təşkilatının
yığıncağı keçirilmişdir
"Ekol Mühəndislik Xidmətləri" QSC -nin istehsalat sahələrinin ayrı - ayrı ərazilərdə yerləşməsi və fasiləsiz iş rejimində işləməsi nəzərdə tutaraq, YAP "Ekol" ilk ərazi təşkilatının idarə heyəti tədbirlərin istehsalat sahələri üzrə keçirilməsini qərara almışdır.
Bununla əlaqədar olaraq, dekabrın 05-də ərazi təşkilatı QSC-nin bir çox struktur bölmələrinin yerləşdiyi istehsalat sahəsində ( Oktay Vəliyev 1 ) növbəti toplantısını keçirmişdir. Toplantıda YAP "Ekol" ilk ərazi təşkilatının idarə heyətinin nümayəndələri və sahədə çalışan YAP üzvləri iştirak etmişlər.
Toplantını giriş sözü ilə açan YAP "Ekol" ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev əvvəlcə toplantı iştirakçılarını "Qurban" bayramı münasibəti ilə təbrik etdi. Sonra o, Respublikamızın daxili və xarici siyasətində YAP-nın rolu, ərazi təşkilatının fəaliyyəti və qarşıda duran vəzifələr haqqında geniş çıxış etdi.
İdarə heyətinin və YAP -nın üzvləri çıxış edərək, Respublikamızın daxili və xarici siyasətinə dəstək olduqlarını və Heydər Əliyev ideologiyasına daimi sadiq olacaqlarını xüsusilə vurğuladılar.
Gündəlikdə duran 2-ci məsələ, YAP "Ekol" Gənclər təşkilatının təsis olunması və idarə heyətinin seçilməsi toplantı iştirakçıları tərəfindən geniş müzakirə edilərək qəbul olundu.
Sonda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olundu.
|
|