|
Xəbərlər
[23.12.2008]
Parafinin təmizlənməsi prosesi təkmilləşdirilir
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin əsas fəaliyyət sahələrindən biri də parafinin təmizlənməsidir. Bunun üçün QSC-nin Tullantıların Emalı Departamentinin tərkibində "Parafin təmizləmə" sexi (8-ci sahə) fəaliyyət göstərir. Sahə müasir qurğu və avadanlıqlarla təchiz olunmuşdur. Sahənin peşəkar işçi heyəti öz vəzifələrinin öhdəsindən layiqincə gəlir. "Parafin təmizləmə" sahəsi ayrıca qazanxana ilə təchiz olunmuşdur ki, bu da təmizləmə proseslərini stabil olaraq 3-5 atmosfer təzyiqdə buxarla təmin edir.
2007-ci ildən başlayaraq, qarşılıqlı müqaviləyə əsasən BP Caspian Exploration LTD -də neftin nəqli zamanı borularda formalaşan "parafin" TED-nin 8-ci sahəsində buxarla qızdırılaraq, xüsusi qurğular vasitəsi ilə təmizlənmə prosesindən keçirilir. Orta hesabla bu sahədə ay ərzində 60-70 m3-ə qədər parafin təmizlənir.
Əvvəllər "Sifarişçi"nin təhvil verdiyi "parafin" xüsusi konteynerlərdə və çəlləklərdə daşınırdı kı, bu da müəyyən dərəcədə ətraf mühitə öz təsirini göstərirdi. "Parafin"in qurğuya boşaldılması və yenidən qablaşdırılması da xeyli zəhmət tələb edirdi.
Artıq sentyabr ayından başlayaraq "Sifarişçi" "parafini" xüsusi nəqliyyat vasitəsi ilə, 3 m3-lik xüsusi tutumlarda (skiplərdə) daşınmasını təmin etmişdir. Həmin tutumlarda "parafin" buxarla qızdırılaraq, duru halda boru vasitəsi ilə birbaşa təmizləyici qurğuya ötürülür ki, nəticədə əl əməyinə və elektrik enerjisinə qənaət olunmaqla yanaşı, ətrafa atılan tullantıların da qarşısı alınır.
Gələcəkdə TED -nin 8-ci sahəsinin rekonstruksiya olunması və qurğuların istehsal gücünün artırılması məqsədilə tədbirlər görülür.
|
|