|
Xəbərlər
Sənaye-çirkab suların təmizlənməsi ətraf mühitin yaxşılaşdırılmasına zəmin yaradır
"Ekol Mühəndislik Xidmətləri" QSC -nin əsas fəliyyət sahələrindən biri də sənaye-çirkab sularınin neft məhsullarından və digər mexaniki qarışıqlardan təmizlənməsindən ibarətdir.
2008-ci ilin yanvar-may aylarında QSC-nin "Tullantıların emalı departamenti" tərəfindən Heydər Əliyev adına BNEZ-nun 5 milyon 373 min m3, "Azərneftyağ" NEZ-nun isə 4 milyon 519 min m3, ümumilikdə 9 milyon 892 min m3 sənaye-çirkab suları neft məhsullarından və digər mexaniki qarışıqlardan norma həddinə qədər təmizlənmiş, bu suların bir hissəsi təkrar istifadə üçün neft emalı zavodlarına qalan hissəsi isə Bioloji təmizləmə qurğularına ötürülmüşdür.
Cari ilin müvafiq dövründə sənaye-çirkab sularının təmizlənməsi prosesində yaranmış 5446 ton neft məhsulları qarışığı təkrar emal üçün əvəzsiz olaraq neft emali zavodlarına təhvil verilmişdir.
|
|