|
Xəbərlər
[5.01.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin həyata
keçirdiyi ekoloji layihələr öz bəhrəsini verir
Neft sənayesində ətraf mühitə mənfi təsir göstərən amillərdən biri də neftin hasilatı zamanı formalaşan lay sularıdır. Bununla əlaqədar olaraq, Respublikamızda lay sularının ətraf mühitə mənfi təsirinin qarşısının alınması məqsədilə neftin hasilatı ilə məşğul olan təşkilatlar təxirəsalınmaz tədbirlər həyata keçirirlər.
Bu tədbirlər sırasında QSC -nin təsisçilərindən olan "Lancer Services S.A." Şirkətinin "Suraxanı OyL" Opereyşn Kompani S.A. Şirkətinin "Neft və qazın hasilatı sahələrində lay sularının ətraf mühitə mənfi təsirinin qarşısının alınması metodlarının işlənib hazırlanması" layihəsi mühüm əhəmiyyət kəsb edir.
Layihənin başa çatması ilə əlaqədar olaraq, hazırda "Suraxanı OyL" Opereyşn Kompani S.A. Şirkəti mədən ərazilərində lay sularının yaratdığı süni gölməçələrin qurudulması, bu suların mərkəzləşdirilmiş qaydada örtülü sistemə ötürülməsi və yeni müasir tipli təmizləyici qurğuların alınıb quraşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.
Bu tədbirlərin həyata keçirilməsində "Ekol Mühəndislik Xidmətləri" QSC də "Podratçı" qismində yaxından iştirak edir. Hazırda QSC-nin xüsusi təyinatlı nəqliyyat vasitələri fasiləsiz olaraq "Suraxanı OyL" Opereyşn Kompani S.A. Şirkətinin mədən ərazilərində lay sularından formalaşmış gölməçələrin qurudulması və lay sularının təmizləyici qurğulara daşınması işlərini uğurla həyata keçirir.
|
|