|
Xəbərlər
[8.01.2009]
QSC-nin Elektromexaniki təmir sexi su təmizləyici
qurğuda rekonstruksiya işləri aparır
Qısa zaman ərzində QSC çirkab suların təmizlənməsi proseslərinin ətraf mühitə mənfi təsirinin qarşısının alınması məqsədilə, yeni texnika və texnologiyaların tətbiqi sahəsində xeyli tədbirlər həyata keçirmişdir.
Tullantıların Emalı Departamentinin (TED) 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) müasir tipli, gücü 1200 m3/saat olan Almaniyanın "Facet" Şirkətinin yeni su təmizləyici qurğusunun quraşdırılması bu tədbirlərdən ən önəmlisidir.
"Facet" qurğusunun quraşdırılmasında xarici mütəxəssislərlə yanaşı QSC-nin Elektromexaniki təmir sexinin (ETS) mütəxəssisləri də yaxından iştirak etmişdir. Yeni qurğunun istismara verilməsi və təmizləyici sistemlərdə suyun səviyyəsinin tənzimlənməsi məqsədilə, hazırda ETS-nin kollektivi ötürücü xətlərdə və nasosxanalarda rekonstruksiya işləri aparır. Kəskin hava şəraitinə baxmayaraq bu işlər fasiləsiz olaraq həyata keçirilir və qısa müddətdə başa çatdırılması nəzərdə tutulmuşdur.
Bu qurğu vasitəsilə çirkab suların qapalı sistemdə təmizlənməsi ilə ətraf mühitə mənfi təsirin qarşısı xeyli dərəcədə azaldılacaqdır.
Bununla yanaşı ETS-nin kollektivi QSC-nin istehsalat sahələrinin elektrik təsərrüfatında, nasosxanalarda və təmizləyici qurğularda işin fasiləsizliyini təmin etmək üçün növbətçilik rejimində fəaliyyət göstərir və üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər.
|
|