|
Xəbərlər
[12.01.2009]
"Futzal Azərbaycan kuboku Bakı 2009" oyunlarına start verildi
2009-cu ilin yanvar ayının 10-dan başlayaraq "Futzal Azərbaycan kuboku Bakı 2009" oyunlarına start verilmişdir. "Ekol" mini futbol klubu kubok uğrunda yarışlarda ilk oyununu Bakının TT komandası ilə keçirmişdir.
Bakı İdman Oyunları Sarayında keçirilən oyunu "Ekol" -un çoxsaylı azarkeşləri izləmişdir. Gərgin oyun şəraiti ilə keçən oyunda hesab 8:2 olmaqla "Ekol" komandasının qələbəsi ilə başa çatmışdır.
Xatırladaq ki, Futzal üzrə Respublika çempionatının 1 və 2 -ci dövrəsində layiqincə uğur qazana bilməyən "Ekol" komandasının heyətində əsaslı dəyişiklikər edilmiş, komandaya daha bacarıqlı oyunçular dəvət olunmuşdur. Məşqlərin keyfiyyət və intensivliyi artırılmış, komandanın maddi texniki bazanın gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.
"Ekol" mini futbol komandasının rəhbərliyi Komandanın baş məşqçisinin də dəyişdirilməsi qərarına gəlmişdir. İndi komandanın baş məşqçisi Baba Əsgərovu daha təcrübəli məşqçi İbrahim Həsənov əvəz edir.
Yeni baş məşqçi İbrahim Həsənov "Öküz" ilini uğurlu qələbələrlə başa vurmaq əzmində olduqlarını və bunun üçün rəhbərlik tərəfindən hərtərəfli şəraitin yaradıldığını bildirdi.
Komandamızın ilk oyununun nəticəsi isə qalib titulunun qazanılması üçün uğurlu başlanğıc oldu və inanırıq ki, "Ekol" 2009-cu ilin qalibi olacaqdır.
|
|