|
Xəbərlər
[19.01.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin nümayəndəsi Çin
Respublikasının Guang Dong vilayətinə ezam olunmuşdur
"Ekol Mühəndislik Xidmətləri" QSC 2009-cu ilin ilk ayında Çin Respublikasının Guang Dong vilayətinin Dong Guan şəhərində yerləşən "E.S.D. Environmental protection and technilogy Co., LtD" Şirkətindən dəvət almışdır.
Bununla əlaqədar olaraq, QSC-nin Marketinq və iqtisadi xarici əlaqələr şöbəsinin rəis müavini Rövşən Fətullayev yanvar ayının 16-dan 21-dək Çin Respublikasının Guang Dong vilayətinin Dong Guan şəhərində xidməti ezamiyyətdə olacaqdır.
Ezamiyyə müddətində Şirkətlər arasında işgüzar əməkdaşlıq və qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə ediləcəkdir.
|
|