|
Xəbərlər
[27.01.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də texniki
təhlükəsizlik qaydaları üzrə treninq keçirilmişdir
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrində texniki təhlükəsizlik qaydalarına əməl olunması və yanğından mühafizənin təmin edilməsi daimi diqqət mərkəzindədir.
Bu məqsədlə QSC-nin İnzibati binalar və istehsalat sahələri yanğından mühafizə və ilk tibbi yardım vasitələri ilə, izahedici və işarəedici plakatlarla təmin edilmiş, QSC-nin istifadəyə verilmiş yeni ofis binası mərkəzləşdirilmiş qaydada müasir yanğından mühafizə sistemi ilə təchiz olunmuşdur.
Texniki təhlükəsizlik və yanğından mühafizənin qaydalarının kollektivi tərəfindən mənimsənilməsi və tətbiq edilməsi üçün QSC-nin Texniki təhlükəsizlik şöbəsi müvafiq proqramlar əsasında istehsalat sahələrində vaxtaşırı treninqlər və təlim məşqləri keçirir.
Yanvarın 26-da QSC-nin yeni ofis binasında yanğın baş verən zaman odsöndürücü balonlardan istifadə qaydaları və ilkin tədbirlər barədə növbəti treninq keçirilmişdir. Treninqdə ofis binasında çalışan işçilər yanğınsöndürmə balonlarından istifadə qaydaları və evakuasiya planı barədə təlimatlandırılmışdır.
|
|