|
Xəbərlər
[29.01.2009]
"Salyan OyL" LTD -nin mədən ərazilərində
monitorinq işləri aparılmışdır
"Ekol Mühəndislik Xidmətləri" QSC ("İcraçı") ilə "Salyan OyL" LTD ("Sifarişçi") arasında bağlanmış müqaviləyə əsasən, istismarda olan "Qarabağlı və Kürsəngi yataqlarının mədən ərazilərində formalaşan karbohidrogen əsaslı qazma şlamının rekultivasiyası" layihəsinin icrasına yanvar ayında başlanılması nəzərdə tutulmuşdur.
Bununla əlaqədar, yanvar ayında layihənin ilkin mərhələsi olaraq "Sifarişçi" nin Qarabağlı və Kürsəngi yataqlarının mədən ərazilərində monitorinq işləri aparılmışdır. Monitorinq QSC-nin Ekoloji monitorinq departamentinin mütəxəssisləri tərəfindən həyata keçirilmişdir.
Monitorinq zamanı mədən ərazilərinin fiziki-coğrafi xüsusiyyətləri öyrənilmiş, ərazidə formalaşan qazma şlamın kimyəvi xarakteristikalarını təyin etmək üçün çoxsaylı qrunt, şlam və su nümunələri götürülmüş, ərazidəki mövcud gölməçələrin sayı, koordinatları və parametrləri təyin edilmişdir.
Ərazidən götürülmüş nümunələrin kompleks laboratoriya analizləri aparıldıqdan sonra, yekun rəyə və monitorinqin ümumi nəticələrinə uyğun olaraq smeta-layihə sənədlərinin hazırlanması mərhələsinə başlanılacaqdır.
Xatırladırıq ki, qeyd olunan layihə üzrə "Ekol Mühəndislik Xidmətləri" QSC bir il müddətinə "Sifarişçi"nin mədən ərazilərində formalaşmış, təxminən 40 min m3-ə qədər karbohidrogen əsaslı qazma şlamın rekultivasiyası işlərini həyata keçirəcəkdir.
|
|