"Ekol Mühəndislik Xidmətləri" QSC-nin xarici təsisçisi "Lancer Services S.A." Şirkətinin rəhbərliyinin dəvəti ilə QSC-nin baş direktoru Soltan Əliyev iyunun 25-dən 29-dək Almaniya Respublikasının Frankfurt-Mayn şəhərində işgüzar səfərdə olmuşdur.
Səfər zamanı Soltan Əliyev "Lancer Services S.A." Şirkətinin rəhbərliyi ilə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin maddi-texniki bazasının gücləndirilməsi, perespektiv inkişaf planları, Respublikamızda bir sıra ekoloji layihələrin həyata keçirilməsi, yeni texnika və texnologiyaların tətbiqinə investisitya qoyuluşunun artırılması və digər məsələləri qarşılıqlı anlaşma şəraitində müzakirə etmiş və bu məsələlərin müsbət həlli üçün razılıq əldə olunmuşdur.
Səfərdə olduğu müddətdə Soltan Əliyev sənaye-çirkab sularının təmizlənməsi, sutəmizləyici qurğuların layihələndirilməsi və quraşdırılması sahəsində tanınmış OSWALD SCHULZE və EMSCHER GENOSSENSCHAFT Şirkətlərinin yeni texnalogiyaları ilə tanış olmuş, onlarla təcrübə mübadiləsi aparmış və gələcəkdə qarşılıqlı əməkdaşlıq üçün ilkin razılığa gəlinmişdir.
29.06.2008-ci il tarixdə səfər uğurla başa çatmışdır.