|
Xəbərlər
[5.02.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də YAP üzvlərinə
vəsiqələr təqdim olunmuşdur
Yeni Azərbaycan Partiyası Nizami rayonu "Ekol" ilk ərazi təşkilatının ətrafında yüzlərlə sağlam siyasi məfkurəyə malik, Heydər Əliyev ideyalarına sadiq olan insanlar birləşmişdir.
Respublikamızın ictimai-siyasi həyatında daimi fəallıq göstərən YAP "Ekol" ilk ərazi təşkilatı öz sıralarını gündən-günə möhkəmləndirir, müstəqil Azərbaycanımızın tərəqqisi və inkişafı naminə Ulu öndərimiz Heydər Əliyev ideyalarının dönmədən, uğurla həyata keçirilməsi uğrunda fəallığını daha da artırır.
YAP "Ekol" ilk ərazi təşkilatının üzvlərini əsasən gənclər təşkil edir. Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs, Respublikamızın hərtərəfli dinamik inkişafı insanlarda YAP-nın alternativi olmadığına bir daha əminlik yaradır və əksər insanlar, xüsusən gənclər bu siyasi partiyaya üzv olmağa can atırlar.
Bu fəallığın məntiqi davamı olaraq, fevralın 4-də QSC-də istehsalatdan ayrılmadan YAP-nın bir qrup üzvünə üzvlük vəsiqələri təqdim olunmuşdur. Toplantıda "Ekol" ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev YAP sıralarına yeni qəbul olanların hər birini təbrik edərək, onlara Ulu öndərimiz Heydər Əliyevin ideyalarının uğurla həyata keçirilməsi kimi çətin və şərəfli işlərində uğurlar arzulamışdır.
Ərazi təşkilatının sədri YAP üzvlərini xalqımızın rifah halının yaxşılaşdırılması, hüquq və mənafelərinin qorunmasına naminə konstitusiyaya ediləcək dəyişikliklərlə əlaqədar martın 18-də keçiriləcək ümumxalq referendumunda daha fəal olmağa çağırmışdır.
|
|