|
Xəbərlər
[11.02.2009]
"Ekol" komandasının heyətində Braziliyalı
futbolçu mübarizə aparacaqdır
Futzal üzrə Respublika çempionatının 3-cü turuna start verilməsinə çox az müddət qalıb. "Ekol" komandası isə bu tura çox ciddin hazırlaşır.
Çempionatın növbəti turunu qələbə ilə başa vurmaq əzmində olan komandamız hazırda Buzovnadakı Gənclik İdman və Turizm Mərkəzində təlim məşq toplantısı keçirir. Yüksək hazırlıqda olan komandamızın heyətini əsasən milli oyunçular təşkil etsə də, təcrübəli legioner oyunçuların da komandaya cəlb olunması istiqamətində tədbirlər həyata keçirilir.
Bu tədbirlərin davamı olaraq Braziliyanın Rio-de-Janeyro şəhərindən olan, "İverya", "Xarvatya", "Dinamo" və s. komandaları təmsil etmiş təcrübəli futbolçu Ricaldolviz Firmino komandaya dəvət edilmişdir. Bu futbolçu fevralın 10-dan etibarən "Ekol" komandasının heyətində mübarizə aparacaqdır.
Komandanın rəhbərliyi təcrübəli Braziliyalı futbolçusunun komanda da yeni ab-hava yaradacağına və qələbə əzminin artırılmasına böyük təsir göstərəcəyinə ümid bəsləyir. R.Firmino isə öz növbəsində var gücünü sərf edərək, futzal üzrə Respublikamızda yüksək reytinqi olan "Ekol" komandasına öz töhfəsini verəcəyinə əminliyini bildirmişdir. Təcrübəli və peşəkar futbolçuların komandaya cəlb olunması istiqamətində işlər davam etdirilir.
Xatırladırıq ki, "Ekol" komandası 3-cü turunun ilk oyununu fevralın 22-də saat 1500-da Bakı İdman Oyunları Sarayında Lənkəranın "Xanbulan" komandası ilə keçirəcəkdir.
|
|