|
Xəbərlər
[12.02.2009]
"Salyan OyL" LTD -nin mədən ərazilərində
rekultivasiya işlərinə başlanmışdır
Müqaviləyə əsasən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Torpaqların Rekultivasiyası Departamenti layihə-smeta sənədlərinə uyğun olaraq, fevralın 3-dən "Salyan OyL" LTD -nin Kürsəngi və Qarabağlı yataqlarının mədən ərazilərində qazma şlamının rekultivasiyası işlərinə başlamışdır. Bu məqsədlə əraziyə QSC-nin xeyli sayda xüsusi texnikası və işçi qüvvəsi cəlb olunmuşdur.
Layihənin ilk mərhələsində bioremidasiya yolu ilə zərərsizləşdirilməsi məqsədilə, KN-2 anbarında olan qazma şlamı Qarabağlı yatağının mədən ərazisində müvəqqəti ayrılmış 4 ha sahəyə daşınmış, KN-2 anbarının torpaqla doldurulması işləri başa çatdırılmışdır.
Hazırda qazma şlamının daşınması SL-3 anbarında aparılır. Kürsəngi yatağının mədən ərazisində isə işlərə başlanılması üçün "Sifarişçi" ilə birlikdə 1 ha sahə təyin edilmişdir.
QSC-nin Tullantıların Emalı Departamenti hava şəraitindən asılı olmayaraq, layihə işlərini təqvim planına uyğun olaraq həyata keçirərək, layihənin nəzərdə tutulmuş müddətdə başa çatdırılması istiqamətində işlər davam etdirir.
|
|