|
Xəbərlər
[18.02.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də treninq-seminarlar keçirilir
Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində qüvvədə olan hüquqi normativ aktlara və beynəlxalq standartlara cavab verən ekoloji yönümlü xidmətlərin göstərilməsi, kompleks tədbirlərin həyata keçirilməsi, qabaqcıl texnologiyaların öyrənilməsi və elmin ən yeni nailiyyətlərinin istehsalata tətbiq edilməsi QSC-nin fəaliyyətində mühüm əhəmiyyət kəsb edən amillərdəndir.
Bununla əlaqədar olaraq, QSC həyata keçirdiyi ekoloji layihələrin yüksək keyfiyyətdə olmasında mühüm rol oynayan güclü kadr potensialının formalaşması, onların nəzəri bilik səviyyələrinin və təcrübələrinin artırılması ən vacib məsələlərdən biridir.
Qeyd olunanları nəzərə olaraq, "Ekol Mühəndislik Xidmətləri" QSC-də çalışan mühəndis-texniki işçilərə treninq-seminarların keçirilməsi məqsədilə, Beynəlxalq Ekoenergetika Akademiyası ilə QSC arasında müqavilə imzalanmışdır.
Müqaviləyə əsasən, QSC-nin qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi istiqamətində nəzəri bilik və təcrübə səviyyəsini artırmaq məqsədilə, Beynəlxalq Ekoenergetika Akademiyasının (BEA) alim və mütəxəssisləri cəlb olunacaqdır.
BEA-nın peşəkar alim və mütəxəssisləri 10 gün ərzində, QSC-nin bütün fəaliyyət sahələri üzrə mühəndis-texniki işçilərinə neftlə çirklənmiş torpaqların, qazma şlamının və süni göllərin təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi (emalı) və digər ekoloji problemlərin həlli yolları mövzusunda treninq-seminarlar keçirəcəkdir.
"Ekol Mühəndislik Xidmətləri" QSC bu tip treninq-seminarların il ərzində dövrü olaraq keçirilməsini nəzərdə tutur.
|
|