Futzal üzrə Azərbaycan çempionatının
III-cü dövrəsinə start verildi
Uzun fasilədən sonra futzal üzrə Azərbaycan çempionatının III-cü dövrəsinə start verildi. III-cü dövrənin ilk oyunları fevralın 22-də Bakı İdman Oyunları Sarayında baş tutdu.
III-cü dövrəyə ciddi hazırlaşan və komanda heyətində müsbət dəyişiklər edən "Ekol" komandası dövrənin ilk görüşünü fevralın 22-də Lənkəranın "Xanbulan" komandası ilə keçirmişdir.
Gərgin oyun şəraitində keçən görüşdə "Ekol" komandası yüksək oyun nümayiş etdirərək rəqib komandanın qapısına 12 top vurmuş, rəqib komanda isə "Ekol"un qapısından cəmi 4 top keçirməyə müvəffəq olmuşdur. Beləliklə bu görüş komandamızın xeyrinə 12:4 hesabı ilə başa çatmışdır.
Komandamız III-cü dövrənin növbəti oyunun martın 01-də Bakının "Olimp" komandası ilə keçirəcəkdir.
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.