|
Xəbərlər
"Ekol Mühəndislik Xidmətləri" QSC-də çalışan işçilərin texniki təhlükəsizlik sahəsindəki bilikləri beynəlxalq standartlar səviyyəsinə çatdırılır.
QSC -də çalışan işçilərin texniki təhlükəsizlik sahəsində biliklərinin artırılması daimi rəhbərliyin diqqət mərkəzindədir.
Bununla əlaqədar müəssisədə çalışan bütün işçilər mütəmadi olaraq xüsusi geyimlər və texniki təhlükəsizlik vasitələri ilə təmin olunur, vaxtaşırı təlimlər və məşqlər keçirilir, bu sahədə müəyyən olunmuş müddətlərdə onların bilikləri yoxlanılır.
Cari ilin iyun ayında da növbəti dəfə QSC-nin mühəndis-texniki işçilərinin texniki təhlükəsizlik sahəsində bilikləri yoxlanılmış və bu sahədə qaydaların, təlimatların dərindən mənimsənildiyi aşkar olunmuşdur.
Hazırda QSC öz fəaliyyətində texniki təhlükəsizliyin beynəlxalq standartlar səviyyəsinə çatdırılması və OHSAS 18000 standartının qəbul olunması üçün məqsədyönlü tədbirlər həyata keçirir.
|
|