|
Xəbərlər
[2.03.2009]
"Ekol"-"Olimp" komandalarının görüşü
8:2 hesabı ilə başa çatmışdır
Futzal üzrə Azərbaycan çempionatının oyunları gərgin mübarizə şəraitində davam edir. Komandamız çempionatın II-ci dövrəsinin 2-ci oyununu martın 01-də Naxçıvanın "Olimp" komandası ilə keçirmişdir.
Oyunun 1-ci hissəsində rəqib komanda ciddi səy göstərsə də, "Ekol" komandası onların qapısından 3 top keçirməyə müvəffəq oldular. Oyunun 2-ci hissəsində "Olimp" səylərini bir az da artırsa da, "Ekol" un qapısından yalnız 2 top keçirə bildilər. İkinci hissədə taktiki oyun nümayiş etdirən komandamız isə "Olimpin" qapısına 5 top göndərdi və layiq olduğu qələbəni qazana bildi.
Beləliklə "Ekol"-"Olimp" komandasının bu görüşü 8:2 hesabı ilə komandamızın xeyrinə başa çatdı.
Xatırladırıq ki, "Ekol" komandası növbəti oyununu martın 25-də Bakı İdman Oyunları Sarayında Bakının "TT" komandası ilə keçirəcəkdir.
|
|