|
Xəbərlər
[6.03.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC -də 8 mart
beynəlxalq qadınlar günü qeyd olunmuşdur
Martın 6-da QSC-də 8 mart beynəlxalq qadınlar günü münasibəti ilə tədbir keçirilmişdir. Ayrı-ayrı istehsalat sahələrində keçirilən tədbirdə rəhbərlik, QSC-də çalışan qadınlar və kollektivin nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən QSC-nin baş direktoru Soltan Əliyev öncə qadınları bu bayram münasibəti ilə təbrik etdi. Daha sonra o, qadın hüquqlarının qorunması və bərabərliyin təmin edilməsi üçün QSC-də əlverişli şəraitin olduğunu, müəssisənin inkişafında burada çalışan qadınların əməyinin xüsusi rol oynadığını xüsusilə vurğuladı.
Baş direktorun müavinləri Məzahir Hüseynov, Ramil Əliyev və başqaları da çıxış edərək qadınları təbrik etdilər, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
Tədbirin sonunda qadınlara pul mükafatı təqdim olundu. Çıxış edən qadınlar hazırkı iqtisadi böhran şəraitində onlara göstərilən diqqətə görə QSC-nin rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
|
|