|
Xəbərlər
[12.03.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC "Bibiheybət" sahəsində keçirilən iməcilikdə iştirak etmişdir
Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2006-cı il tarixli, 1697 saylı sərəncamı ilə əlaqədar, ARDNŞ-nin "Bibiheybətneft" NQÇİ-nin mədən ərazisində ekoloji layihələrin həyata keçirilməsində "Ekol Mühəndislik Xidmətləri" QSC podratçı qismində yaxından iştirak etmişdir.
QSC-nin "Bibiheybətneft" NQÇİ-nin mədən ərazisində neftlə çirklənmiş gölməçələrin qurudulması, neftşlamın zərərsizləşdirilməsi, torpaqların remidasiyası, rekultivasiyası və yaşıllaşdırılması sahəsində yerinə yetirdiyi işlər bu gün öz bəhrəsini verməkdədir.
"Bibiheybət" sahəsində ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində tədbirlərin davamı olaraq, ARDNŞ-nin təşəbbüsü ilə martın 7-də geniş tərkibdə iməcilik keçirilmişdir. Bu tədbirdə "Ekol Mühəndislik Xidmətləri" QSC -nin rəhbərliyi və kollektivi də fəal iştirak etmişdir. İməcilikdə minlərlə ağac və kol bitkiləri əkilmiş, bu bitkilərə münbit torpaq və üzvi gübrələr verilmişdir.
Martın 7-də QSC bu tədbirlə yanaşı öz istehsalat sahələrində də abadlaşdırma və yaşıllaşdırma tədbirləri həyata keçirmişdir.
Belə tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulmuşdur.
|
|