|
Xəbərlər
[14.03.2009]
QSC-də yeni texnologiyaların tətbiqi və təkmilləşdirilməsi
xarici mütəxəssislərlə birgə həyata keçirilir
"Ekol Mühəndislik Xidmətləri" QSC-də ekoloji layihələrin keyfiyyətlə yerinə yetirilməsində yeni texnika və texnologiyaların rolu böyükdür. Bununla əlaqədar QSC mütəmadi olaraq, ən yeni texnika və texnologiyaların alınması, istehsalat sahələrinə tətbiqi və təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.
Sənaye çirkab suların təmizlənməsi üçün Almaniyanın "Facet" Şirkətinin müasir tipli su təmizləyici qurğusu, neftşlamın emalı və zərərsizləşdirilməsi üçün İsveçrənin "Alfa Laval" Şirkətinin 2 fazalı dekantor qurğusu QSC-nin istehsalat sahələrində uğurla istismar olunur.
Bu qurğuların modernləşdirilməsi və tam istehsal gücü ilə istismar olunması məqsədilə, vaxtaşırı olaraq istehsalçı Şirkətlərin mütəxəssisləri QSC-yə dəvət olunur və yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparılır.
Mart ayının birinci ongünlüyündə "Facet" Şirkətinin baş meneceri Rolf Ebus və "Lancer Services S.A." Şirkətinin layihə meneceri Andrey Brovin növbəti dəfə QSC-də olmuş, sənaye-çirkab sularda sərbəst neftin miqdarını təyin edən qurğunun tətbiq edilməsində iştirak etmiş, dekantor qurğusunun istismarına dair fikir mübadiləsi aparmışlar.
Xarici mütəxəssislər yeni texnoloji qurğuların istismarı sahəsində QSC-də kifayət qədər bacarıqlı mütəxəssislərin olduğunu bildirmiş, öz səmərəlim təkliflərini vermiş, və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin məqsədəuyğunluğunu qeyd etmişlər.
|
|