|
Xəbərlər
[29.03.2009]
QSC-də çirkab suların təmizlənmə proseslərinin təkmilləşdirilməsi
istiqamətində tədbirlər həyata keçirilir
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin əsas fəaliyyət sahələrindən biri də sənaye-çirkab suların təmizlənməsidir. Təmizlənmə proseslərinin keyfiyyətinin artırılması məqsədilə, QSC mexaniki qurğulardan istifadə etməklə yanaşı, müasir texnologiyaların alınıb quraşdırılması və texnoloji proseslərin təkmilləşdirilməsi sahəsində mütəmadi olaraq tədbirlər həyata keçirir.
Bu tədbirlərdən biri də Heydər Əliyev adına BNEZ-dan Tullantıların Emalı Departamentinin (TED) 6-cı sahəsinə daxil olan (1000-1500 m3/saat) sənaye-çirkab suların səviyyə rejiminin tənzimlənməsi və yeni təmizləyici qurğuya ötürülməsidir. Bu məqsədlə mart ayında TED ilə Elektromexaniki təmir sexinin mütəxəssisləri daxili imkanlar hesabına gücü 200 kv, məhsuldarlığı 150 m3/saat olan 12 NDS markalı nasosun yenidən qurulması və sistemə qoşulması işlərini uğurla yerinə yetirmişlər.
TED təmizlənmiş sənaye-çirkab suların keyfiyyət göstəricilərini artırmaq məqsədilə, qəza anbarlarında və çökdürücü göllərdə formalaşmış neftşlamın emalı, zərərsizləşdirilməsi, mexaniki qurğular sisteminin təmizlənməsi və yuyulması işlərini davam etdirir.
|
|