|
Xəbərlər
[31.03.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də yeni buxar qazanxanasının tikintisinə başlanılmışdır
QSC-nin Tullantıların Emalı Departamentində (TED) sənaye-çirkab suların təmizlənməsi, eləcə də neftşlamın emalı və zərərsizləşdirilməsi proseslərində buxardan istifadə olunur. Bu məqsədlə TED-nin 7-ci sahəsində ("Azərneftyağ" NEZ) stosionar buxar xətləri, 6-cı sexində isə 2 ədəd avtanom qazanxana fəaliyyət göstərir və texnoloji proseslər fasiləsiz olaraq buxarla təmin olunur. Çöl şəraitində isə texnoloji proseslərin buxar təminatı xüsusi səyyar buxar qurğusu vasitəsi ilə həyata keçirilir.
Bununla yanaşı son zamanlar NEZ-da uzun illər yığılıb qalmış, çoxlu miqdarda neftşlamın emalı və zərərsizləşdirilməsi məqsədlə tətbiq edilən yeni qurğular buxara olan tələbatı xeyli dərəcədə artırmışdır.
TED-nin 6-cı sahəsində quraşdırılmış (Alfa-Laval) 2 fazalı dekantor qurğusunu fasiləsiz və tam gücü ilə buxarla təmin etmək üçün yeni qazanxananın tikilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə Türkiyənin "erensan" Şirkətinin, məhsuldarlığı 4000 kq/saat, işçi təzyiqi 3 atm. olan bir ədəd yeni qazanxana avadanlıqları alınıb gətirilmişdir.
QSC-nin daxili imkanları hesabına mart ayında TED-nin 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) yeni qazanxana binasının tikintisinə və əlavə buxar xətlərinin çəkilişinə başlanılmışdır. Yaxın iki ay ərzində qazanxana binasının tikintisinin başa çatdırılması və avadanlıqların quraşdırılması işləri həyata keçiriləcəkdir.
Yeni qazanxananın istifadəyə verilməsi, (Alfa-Laval) 2 fazalı dekantor qurğusunun fasiləsiz olaraq buxarla təmin edilməsinə və qurğunun tam gücü ilə istismarına imkan verəcəkdir.
|
|