|
Xəbərlər
[3.04.2009]
2009-cu ilin birinci rübündə "Salyan OİL" LTD-nin mədən
ərazilərində görülən işlər qənaətbəxşdir
Xəbər verildiyi kimi müqaviləyə əsasən cari ilin fevral ayından başlayaraq "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Torpaqların Rekultivasiyası Departamenti (TRD) "Salyan OİL" LTD-nin mədən ərazilərində uzun illər yığılıb qalmış qazma şlamının rekultivasiyası layihəsini həyata keçirir.
İş planına uyğun olaraq 2009-cu ilin I-ci rübündə görülən işlər nəzərdə tutulmuş həcmdə yerinə yetirilmişdir. Bu müddətdə ərazidəki 8-ə qədər anbar 11 835 m3 qazma şlamından təmizlənərək xüsusi ayrılmış sahəyə daşınmışdır. Bununla yanaşı 3 400 ton çirkli sular sahədən kənarlaşdırılmışdır.
I-ci rübdə şlamdan təmizlənmiş sahələrə 12 350 m3 qrunt daşınmış, bioloji rekultivasiya üçün hazırlıq işləri aparılmışdır. Təmizlənmiş sahələr peyin və samanla təmin olunmuşdur. Aprel ayının ikinci həftəsindən etibarən bioloji rekultivasiya işlərinə başlanılacaqdır.
Layihənin nəzərdə tutulmuş müddətdə başa çatdırılması məqsədilə, TRD lazımı texnika və işçi qüvvəsi ilə təmin edilmişdir.
|
|