|
Xəbərlər
[7.04.2009]
2009-cu ilin I-ci rübü uğurlu nəticələrlə başa vurulmuşdur
2009-cu ilin I-ci rübümdə "Ekol Mühəndislik Xidmətləri" QSC iqtisadi çətinliklərə baxmayaraq müqavilələr üzrə öhdəliklərini layiqincə yerinə yetirmişdir.
Cari ilin I-ci rübündə QSC-nin Tullantıların Emalı Departamentinin (TED) 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ) 2 milyon 307.4 min m3, 7-ci sahəsində isə 1 milyon 980 min m3 sənaye çirkab suları, 99 m3 parafin təmizlənmiş, 1 047 ton neftşlam yeni texnologiyalarla emal edilərək zərərsizləşdirilmişdir.
I-ci rübdə təmizlənmək məqsədilə, Nəqliyyat sexinin xüsusi nəqliyyat vasitələri ilə "Suraxanı OİL" LTD-nin mədən ərazisindən 12 549 m3 lay suları, İxtisaslaşdırılmış Dəniz Neft Donanmasından isə 665 m3 çirkab suları daşınmışdır. "Salyan OİL" LTD-nin mədən ərazilərində isə 11 835 m3 neftşlam, 3 400 ton, çirkab su 12 350 m3 qrunt daşınmış, ərazidə rekultivasiya işlərinə başlanılmışdır.
Ekoloji layihələr üzrə işlər davam etdirilir.
|
|