Bu gün səhər saatlarında Heydər Əliyev adına zavodun təmizləyici qurğular sexində(9-cu sexin ərazisi) 1980-ci ildən istismardan çıxarılmış qradilni qurğusunda (dövrü su sistemi) yanğın baş vermişdir. Yanğından qopan qığılcım nəticəsində istehsalat sahəsində yerləşən, neft tullantıları yığılmış daş tutumda da yanğın olmuşdur.
FHN-nin yanğından mühafizə dəstələrinin operativ müdaxiləsi və işçilərin səyi nəticəsində yanğın qısa müddətdə söndürülmüşdür. Yanğın zamanı Neft Emalı zavoduna və QSC-yə heç bir maddi ziyan dəyməmişdir.
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin ərazisində qaynaq işlərinin aparılması və yanğının bu səbəbdən baş verməsi barədə bəzi KİV-də verilən məlumatlar isə tamamilə əsassızdır.
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.