|
Xəbərlər
[13.04.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrində
praktiki məşğələlər keçirilmişdir
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin neft ayırma müəssisələri üçün yaratdığı Yanğın Təhlükəsizlik Dəstəsinin təsdiq etdiyi plan qrafikə əsasən, QSC-nin Tullantıların Emalı Departamentinin (TED) 6-cı (Heydər Əliyev adlna BNEZ) və 7-ci sahələrində ("Azərneftyağ" NEZ) istehsalat işçiləri üçün ilkin yanğınsöndürmə vasitələrindən istifadə mövzusunda praktik məşğələlər keçirilmişdir.
Praktik məşğələlərdə işçilərə Yanğın zamanı davranış qaydaları, odsöndürən balonların xarakteristikaları, odsöndürən balonlardan istifadə qaydaları və s. öyrədilmişdir.
Məşğələlərdə Yanğın Təhlükəsizlik Dəstəsinin rəis müavini İ.Həsənov, 18 saylı HYH -nin inspektoru R.Şeyxzadə, 13 saylı HYH -nin rəis müavini M.Əmrahov, baş inspektoru Ş.Abdıyev və mühəndisi S.İsmayılov da iştirak etmişlər.
|
|