|
Xəbərlər
[15.04.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində
"Vimexco" şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin dəvəti ilə Vyetnamın "Vimexco" şirkətinin nümayəndələri, baş direktorun köməkçisi Nquyen Van Loc və baş mütəxəssis Nquyen Van Manh 15.04.2009 və 20.04.2009-cu il tarixləri arasında müəssisəmizdə işgüzar səfərdə olacaqlar.
İşgüzar səfərin ilk görüşü 15 aprel 2009-cu il tarixində QSC-nin baş ofisində keçirilmişdir. Görüş zamanı "Vimexco" şirkətinin nümayəndələri QSC-nin fəaliyyət sahələri, tətbiq etdiyi yeni texnologiyalar, maddi-texniki bazası və intellektual imkanları ilə tanış olmuşlar.
Daha sonra "Vimexco" şirkətinin baş direktorun köməkçisi Nquyen Van Loc Vyetnamın neft-qaz sahələrində ətraf mühitin mühafizəsi üzrə işlərin birgə təşkili məqsədi ilə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin mütəxəssilərdən ibarət nümayəndə heyətini Vyetnama dəvət etmişdir. QSC-nin nümayəndə heyətinin birgə əməkdaşlıq və ilkin araşdırmalar məqsədi ilə Vyetnama səfəri may ayında nəzərdə tutulmuşdur.
Görüş zamanı "Vimexco" şirkətinin baş direktorun köməkçisi Nquyen Van Loc təmsil etdiyi şirkətin rəhbərliyi adından xüsusi hədiyyəni müəssisəmizin baş direktoru Soltan Əliyevə təqdim etmişdir.
|
|