"Ekol" komandası ilə "Qarabağ Veteranları" komandasının görüşü 4:4 hesabı ilə başa çatmışdır
Mini futbol üzrə Respublika çempionatının ikinci dövrəsinin 15-ci turunda "Ekol" komandası "Qarabağ Veteranları" komandası ilə görüşmüşdür.Aprel ayının 15-də Bakı Əl Oyunları sarayında keçirilən görüş gərgin idman mübarizəsi şəraitində keçmiş və "Ekol" komandası yüksək oyun nümayiş etdirərək birinci hissəni 3:1 hesabı ilə başa vurmuşdur.
Oyunun ikinci hissəsində Bakının "Qarabağ Veteranları" komandası yüksək əzmkarlıq göstərərək hesabı 3:3-ə çatdırdılar. Oyunun qalan vaxtında komandalar hərəyə bir top vuraraq 4:4 hesabı ilə oyunu heç-heçə başa vurdular. Xatırladırıq ki, "Ekol" mini futbol komandası ikinci dövrənin 16-cı turunda "Azmetko" komandası ilə aprel ayının 19-da Əl Oyunları sarayında görüşəcəklər.
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.