|
Xəbərlər
[07.07.2008] "Ekol Mühəndislik Xidmətləri" QSC cari ilin iyun ayını uğurlu nəticələrlə başa vurmuşdur.
Cari ilin iyun ayında "Ekol Mühəndislik Xidmətləri" QSC "Sifarişçi" təşkilkatlarla birgə ekoloji layihələrin həyata keçirilməsi və ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində xeyli işlər görmüşdür.
2008-ci ilin iyun ayında Heydər Əliyev adına BNEZ -nun, "Azərneftyağ" NEZ-nun istehsalat sahələrində formalaşmış 2 milyon 129 min m3 sənaye - çirkab suyu təmizlənmiş, 10 min ton neftşlam emal olunaraq zərərsizləşdirilmişdir.
"Bibiheybətneft" NQÇİ -nin mədən ərazisində isə 1.84 min ton neftşlam emal olunaraq zərərsizləşdirilmiş, neftlə çirklənmiş 10 hektar torpaq sahəsi rekultivasiya olunaraq yararlı hala salınmışdır.
QSC -nin ekoloji layihələr üzrə işləri uğurla davam etdirilir.
|
|