"Ekol Mühəndislik Xidmətləri" QSC Alman-Azərbaycan İqtisadi Birliyinə üzv qəbul olunmuşdur
Alman-Azərbaycan İqtisadi Birliyinin İdarə heyətinin 9 aprel 2009-cu il tarixli qərarı ilə müəssisəmiz Birliyə üzv qəbul olunmuşdur.
Hal-hazırda müəssisəmiz Almaniya və Azərbaycan iqtisadi münasibətlərində fəal iştirak edir. Müəssisəmiz birliyə üzv olaraq ekologiya sahəsində fəaliyyət göstərən Alman şirkətləri ilə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.
Həmçinin Alman-Azərbaycan İqtisadi Birliyinin 22 aprel 2009-cu il tarixli iqtisadi xəbərlərində "Ekol Mühəndislik Xidmətləri" QSC və "Ekonordragmet" Birgə Müəssisəsinin Alyans müqaviləsi imzalaması haqqında məqalə dərc olunmuşdur.
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.