|
Xəbərlər
[29.04.2009]
Təhlükəsiz əmək hər bir insanın hüququdur
Ümumdünya əməyin mühafizəsi günü münasibətilə 28.04.2009-cu il tarixində "Ekol Mühəndislik Xidmətləri" QSC-də rəhbərliyin iştirakı ilə baş ofisdə, TED-6 və TED-7ci sahələrdə "Təhlükəsiz əmək hər bir insanın hüququdur" adlı tədbir keçirilmişdir. Tədbirləri giriş sözü ilə açan cəmiyyətin Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov bildirdi ki, Ümumdünya Əməyin Mühafizəsi günü münasibətilə 2009-cu il üçün "Təhlükəsiz əmək hər bir insanın hüququdur" devizi altında keçiriləcək tədbirlər planı hazırlanmışdır.
Bununla əlaqədar tədbirlər planına əsasən istehsalat sahələrində əməyin mühafizəsinin vəziyyəti, texniki təhlükəsizlik tələblərinə riayət olunması, istehsalat sanitariya normalarına uyğun işçilərin sanitar məişət otaqları ilə, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunmalarına nəzarət gücləndirilməlidir.
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin texniki təhlükəsizlik şöbəsinin rəis müavini Səbuhi Veysəlov isə qeyd etdi ki, cəmiyyətdə əmək şəraitinin təhlükəsizlik normalarına uyğunlaşdırılması,istehsalat zədələnmələlərinin qarşısının alınması və bununla əlaqədar texniki təhlükəsizlik qaydalarına riayət olunması prosesində mütəmadə olaraq seminarların keçirilməsi zəruridir.
Daha sonra isə Baş direktorun məsləhətçisi təcrübəli mütəxəssis Kamil Akimov öz çıxışında qeyd etdi ki, əməyin mühafizəsi sahəsində görülən işlər və vaxtında aparılan tibbi müayinələr nəticəsində hər il ardıcıl olaraq peşə xəstəlikləri tamamilə yox dərəcəsinə enmişdir.
TED-6 və TED-7ci sahənin texniki təhlükəsizlik üzrə mühəndisləri İlham Babanlı və Tapdıq Quliyev cəmiyyətdə əməyin mühafizəsi və texniki təhlükəsizliyin təmin olunması istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırdılar.
|
|