|
Xəbərlər
[13.05.2009]
"Ekol" komandası Bakının TT komandasını 9:8 hesabı ilə məğlub etmişdir
Futzal üzrə davam edən ölkə çempionatında 19-cu turun oyunları keçirilmişdir. May ayının 11-də Bakı İdman Əl Oyunları sarayında "Ekol" komandası Bakının TT komandası ilə görüşmüşdür. Gərgin şəraitdə keçən oyunun ilk dəqiqələrində "Ekol"un hücumçuları aman vermədən üstünlüyü ələ almışdır . Oyunun birinci hissəsi 8:3 hesabı ilə komandamızın qələbəsi ilə başa çatmışdır.
Oyunun 2-ci hissəsində "Ekol" komandasında arxayınçılıq yaranmış və bundan rəqib komanda istifadə edərək beş top vurmuş, öz qapılarından isə birtop buraxmışlar. Beləliklə "Ekol" komandası bu görüşdə Bakının TT komandasını ümumi hesabla 9:8 hesabı ilə məğlub etmişdir.
Xatırladaq ki, komandamızın növbəti görüşü "Neftçi" komandası ilə may ayının 14-də Bakı idman Əl Oyunları Sarayında keçiriləcəkdir.
|
|