|
Xəbərlər
[13.05.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin mərkəzi ofisində
Tetra Tech şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir
Görüşdə Tetra Tech şirkəti tərəfindən şirkətin 1-ci vitse prezidenti John Martin, vitse prezident Firouz Rooyani və Ətraf mühit üzrə elmi işçi Ph.D Behi Badamchian iştirak etmişlər. Görüş zamanı bir sıra ekoloji layihələr müzakirə edilmişdir. Tərəflərin apardıqları ekoloji layihələrdə əməkdaşlıq məsələlərinə baxılmışdır. Qərara alınmışdır ki, əməkdaşlığı özündə əks etdirən ilkin memorandum sənədi hazırlansın.
Tetra tech şirkətinin nümayəndələri "Ekol Mühəndislik Xidmətləri" QSC-nin maddi-texniki bazasını və apardığı layihələri yüksək qiymətləndirmişlər.
Vitse prezident John Martin aparılan layihələrlə yaxından tanış olmaq məqsədi ilə Ekol şirkətinin baş direktoru Soltan Əliyevi Amerikaya dəvət etmişdir.
Əməkdaşlıqla bağlı məsləhətləşmələrin davam etdirilməsi nəzərdə tutulur.
|
|