|
Xəbərlər
[09.07.2008] "Ekol Mühəndislik Xidmətləri" QSC - də yeni sutəmizləyici qurğu istifadəyə veriləcəkdir
"Ekol Mühəndislik Xidmətləri" QSC öz maddi-texniki bazasının gücləndirilməsini, yeni texnika və texnalogiyaların tətbiq edilməsini daimi diqqət mərkəzində saxlayır.
Bu məqsədlə xarici təsisçinin investisiyası hesabına, Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin istismar sahəsində 2007-ci ildə tikintisinə başlanmış, Almaniyanın "Facet" Şirkətinin ən müasir, gücü 1200 m3/saat olan sutəmizləyici qurğusunun tikinti işləri başa çatdırılmışdır.
Hazırda alman mütəxəssisləri qurğuda quraşdırma və tamamlama işlərini yerinə yetirir, qurğunun iş prinsipi və istifadə qaydaları haqqında QSC-nin mütəxəssisləri ilə birgə treninqlər keçirirlər. Alman mütəxəssislərinin fikirincə qurğuda quraşdırma və tamamlama işləri 20 gün müddətinə başa çatdırılıb istifadəyə veriləcəkdir.
Bu qurğunun ən üstün cəhəti sənaye-çirkab sularının qapalı sistemlə təmizlənməsi və bununla da ətraf mühitə atılan zərərli maddələrin miqdarının minimuma endirilməsindən ibarətdir.
Qurğu işə düşdükdən sonra QSC-nin açıq sistemli mexaniki təmizləmə qurğularının bir qisminin istismarı dayandırılacaqdır.
|
|