QSC-nin istehsalat sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi və yaz mövsümü işlərinin yerinə yetirilməsi məqsədilə mayın 16-da növbəti iməcilik keçirilmişdir. Tədbirə xeyli sayda işçi qüvvəsi cəlb edilmişdir.
İməcilikdə əsasən Tullantıların Emalı Departamentinin (TED) 6-cı (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) və 7-ci sahələrindəki ("Azərneftyağ" NEZ) təmizləyici qurğuların ətrafında 1600 m2 qədər sahə alaq otlarından təmizlənmiş və tullantılar ərazidən kənarlaşdırılmışdır. Yaşıllıqların dibləri boşaldılmış və suvarılmışdır.
Mövsümün sonunadək belə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.