Mayın 18-də "Ekol" mini futbol komandası Futzal üzrə Azərbaycan çempionatının növbəti oyununu Bakının "Olimp" komandası ilə keçirmişdir.
Yüksək oyun nümayiş etdirən komandamız oyunun 1-ci hissəsində rəqib komandanı 4 dəfə oyunu meydançanın mərkəzindən başlamağa məcbur etdi. "Olimp" komandası isə görüşün 1-ci hissəsində nə qədər səy göstərsələr də yalnız 1 cavab topu ilə kifayətlənməli oldular.
Oyunun 2-ci hissəsində "Olimp" komandası fəallığını bir qədər artırsa da "Ekol"un güclü müqaviməti ilə rastlaşdı. Bu müqavimətə tab gətirməyən rəqib komanda 2-ci hissədə də öz qapılarını 4 qoldan müdafiə edə bilmədilər. Onların təsəllisi bu qollar qarşılığında 1 cavab topu oldu.
Beləliklə "Ekol" "Olimp" komandalarının yarışında komandamız həmişə olduğu kimi, yenə də yüksək peşəkarlıq göstərərək 8:2 hesabı ilə qələbə çaldı.
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.