|
Xəbərlər
[21.05.2009]
QSC-də yaşıllıqların salınmasına və mühafizəsinə
xüsusi önəm verilir
Son dövrdə dövlət siyasətinin vacib istiqamətlərindən olan, Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsinə və yaşıllaşdırma işlərinin daha da genişləndirilməsinə yönəldilmiş aksiyalarda ARDNŞ-nin strukturları xüsusi fəallıq nümayiş etdirir.
Ulu öndər Heydər Əliyevin xüsusi önəm verdiyi və ölkə Prezidenti İlham Əliyevin daim diqqət göstərdiyi ekoloji tarazlığın qorunması, yaşıllaşdırma zolaqlarının artırılması sahəsində ARDNŞ-nin ənənəsinə sadiq qalan "Ekol Mühəndislik Xidmətləri" QSC bu kimi kompaniyalarda yaxından iştirak edir.
Bu istiqamətdə ümumrespublika tədbirlərində iştirak etməklə yanaşı, QSC öz istehsalat sahələrində də yaşıllıqların salınmasına və mühafizə edilməsinə xüsusi önəm verir. Son illərdə QSC-nin istehsalat sahələrində xeyli sayda ağaclar, bəzək və gül kolları əkilmiş, yeni yaşıllıqlar salınmışdır. Yaşıllıq sahələri suvarma sistemləri ilə təchiz edilmiş, onlara aqrotexniki xidmət göstərilməsinə və mühafizəsə edilməsinə təcrübəli mütəxəssislər cəlb olunmuşdur.
Bundan sonra da QSC-nin istehsalat sahələrində yaşıllaşdırma tədbirləri davamlı olaraq həyata keçiriləcəkdir.
|
|