|
Xəbərlər
[1.06.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC may ayını uğurlu nəticələrlə başa vurmuşdur
Ötən aylarda olduğu kimi iqtisadi çətinliklərə baxmayaraq, QSC cari ilin may ayında da istehsalatın bütün sahələrində uğurlu nailiyyətlər əldə etmiş, "Sifarişçi" təşkilatlarla bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəliklər tam icra olunmuşdur.
Hesabat ayında QSC-nin Tullantıların Emalı Departamentinin (TED) 6-cı sahəsində ( Heydər Əliyev adına BNEZ ) 900 min m3, 7-ci sahəsində ( "Azərneftyağ" NEZ) 930 min m3 sənaye-çirkab suları təmizlənmiş, müvafiq olaraq 6-cı sahədə 210 ton, 7-ci sahədə isə 405 ton neftşlam emal edilərək zərərsizləşdirilmişdir.
Ay ərzində BP exploration (CASPİAN SEA ) Limited Şirkətindən TED-nin "Parafin təmizləmə sexi"nə daxil olan 36 m3 parafin təmizlənmişdir. Müqaviləyə əsasən "Suraxanı OİL" LTD-nin mədən ərazilərindən 2 297 m3, İxtisaslaşdırılmış Dəniz Neft Donanmasından isə 112 m3 çirkab suları TED-nın 6-cı sahəsinə daşınaraq təmizlənməsi həyata keçirilmişdir.
QSC-nin Torpaqların Rekultivasiyası Departamenti (TRD) də müqaviləyə əsasən "Salyan OİL" LTD nin mədən ərazilərində işləri davam etdirmişdir. Fevral ayından may ayının sonunadək ərazidə 30 736 m3 qazma şlamı, 49 687 m3 qrunt və 14 090 m3 çirkab su daşınmış, mexaniki rekultivasiya işləri davam etdirilmişdir.
Ekoloji Monitorinq Departamentində (EMD) isə ekoloji texniki-normativ sənədlərin işlənməsi və monitorinq sahəsində bir sıra işlər həyata keçirilmişdir. Ay ərzində Kompleks Qazma İşləri Trestinin "Neft Daşları" DQİ üçün ekoloji pasport, YVAH, Qobustan KQİİ üçün YVAH layihəsi, Tompanaj İdarəsi üçün ekoloji pasport və YVAH, Sosial İnkişaf İdarəsinin Təlim-Tədris sertifikatlaşdırma Departamenti və Mədəniyyət və İstirahət İşləri departamenti üçün YVAH normativ sənədləri işlənib "Sifarişçi"lərə təhvil verilmişdir.
Bununla yanaşı may ayında Kompleks Qazma İşləri Trestinin "Neft Daşları" DQİİ-nin, "Qum adası" Qİİ-nin, Bayıl Limanı KQİİİ-nin və "Abşeron" Qİİ-nin mədən ərazilərindən götürülmüş su nümunələri EMD-nin KTL-da təhlil edilmiş və nəticələri barədə "Sifarişçi"lərə məlumat verilmiş, N.Nərimanov adına NQÇİ-nin və "Qum adası" NQÇİ-nin mədən ərazilərində monitorinq işləri aparılmışdır.
|
|