|
Xəbərlər
[2.06.2009]
Bakıda beynəlxalq neft və qaz sərgisi başladı
İyunun 2-də Bakıda, Heydər Əliyev adına İdman - Konsert Kompleksində Azərbaycan Sənaye və Energetika Nazirliyinin və ARDNŞ-nin rəsmi dəstəyi, İteca Caspian LLC və Böyük Britaniyanın İTE Group PLC şirkətinin, eləcə də, Azərbaycan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə 16-cı Beynəlxalq Xəzər NEFT VƏ QAZ neftayırma və neftkimyası sərgi və konfransı başlayır.
Sərgidə dünyanın 20-dən çox ölkəsinin 250-dən artıq şirkətinin iştirak edəcəyi gözlənilir. Sərgidə neft və neft kimya sənayesi üçün maşın və avadanlıqları, neft - qaz sənayesinin məhsulları, texnologiyaları, xidmətləri, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi mövzuları təqdim olunacaq. Sərgi çərçivəsində neft və qaz konfransı keçiriləcək. Konfransda dünyanın 3 -dan çox ölkəsindən 500-dən yuxarı nümayəndənin iştirakı nəzərdə tutulmuşdur.
Ötən il olduğu kimi, bu sərgidə də "Ekol Mühəndislik Xidmətləri" QSC- də ətraf mühitin mühafizəsi sahəsindəki fəaliyyətini, əldə etdiyi istehsalat nailiyyətlərini, yeni texnologiyalarını, maddi - texniki bazasını, tərəfdaşlarını və s. əks etdirən yeni tərtibatlı stendlə və video materiallarla iştirak edir. QSC-nin stend materialları sərgi iştirakçıları tərəfindən maraqla izlənilir.
Xatırladaq ki, 16-cı Beynəlxalq Xəzər NEFT VƏ QAZ Sərgi və Konfransı iyun ayının 5-dək davam edəcəkdir.
|
|