|
Xəbərlər
[11.07.2008] Ekologiya sahəsində kadrların hazırlanması günün tələbidir.
Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması dövlətimizin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bu vəzifələrin həyata keçirilməsi məqsədilə ekologiya sahəsində ixtisaslı kadrlara olan təlabatı nəzərə alaraq ali təhsil ocaqlarında çoxlu sayda fakultələr və kafedralar fəaliyyət göstərir.
"Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətində də kadr potensialının gücləndirilməsi, peşəkar kadrların cəlb olunması və QSC-də çalışan işçilərin bilik səviyyələrinin artırılması daim rəhbərliyin diqqət mərkəzindədir.
Bununla əlaqədar olaraq Bakı Dövlət Universitetinin və "Ekol Mühəndislik Xidmətləri " QSC-nin rəhbərlərinin razılığına əsasən iyul ayından başlayaraq Universitetin ekologiya fakultəsinin tələbələrinə QSC-nin istehsalat sahələrində praktiki məşğələlər keçirilir. Bu məşğələlər tələbələrin praktiki biliklərinin artırılması ilə yanaşı gələcəkdə müəsisə üçün kadr seçiminə də böyük imkanlar yaradır.
Praktiki məşğələlər zamanı QSC-nin istehsalat sahələrindəki texnoloji proseslər, yeni texnika və texnalogiyaların tətbiqi tələbə və müəllim heyətində böyük maraq doğurmuş onların təcrübi biliklərinin artırılmasında dolğun fikir formalaşdırmışdır.
Tələbələrin praktiki məşğələlərinin səmərəli keçməsi üçün QSC-nin bacarıqlı mütəxəsisləri cəlb olunmuş, Universitetin müəllim və tələbə heyəti məşğələlərin yüksək səviyyədə keçməsindən razı qaldıqlarını bildirmişlər.
Praktiki məşğələlər davam etdirilir.
|
|