|
Xəbərlər
[16.06.2009]
Böyük Britaniyanın "SURFACE ACTİVE SOLUTİONS" Şirkəti "Ekol Mühəndislik Xidmətləri" QSC -də prezentasaiya keçirmişdir
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin xarici əlaqələrinin genişlənməsi, həyata keçirdiyi ekoloji layihələrin aktuallığı, xüsusilə neft sənayesi sahələrində neftşlamın emalı və zərərsizləşdirilməsi, eləcə də, sənaye çirkab sularının müasir üsullarla təmizlənməsi bir çox xarici şirkətlərin diqqətini cəlb edir və onların bu sahədə QSC ilə əməkdaşlıq münasibətlərinin yaradılmasına maraqlarını artırır.
Bu baxımdan Şotlandiyanın (Böyük Britaniya) tanınmış Şirkətlərindən olan "SURFACE ACTİVE SOLUTİONS"nın (SAS) iyunun 16 -da QSC-nin baş ofisində "mikroemulsiyanın (reagent) istehsalata tətbiqi və effektli istifadə texnologiyası" mövzusunda birgə keçirdiyi prezentasiya böyük maraqla qarşılanmışdır.
SAS-nın Biznesin İnkişafı üzrə Meneceri Brian Campbell "mikroemulsiya" haqqında əyani olaraq geniş məlumat verərək, bu reagentin neft qarışıqlarının neftşlamdan və sudan ayrılmasında çox effektli vasitə olduğunu və dünyanın bir çox dövlətlərində müvəffəqiyyətlə sınaqdan keçirilərək istifadə edildiyini xüsusilə qeyd etdi.
QSC-nin mütəxəssisləri ilə birgə müzakirələr aparan Brian Campbell verilən sualları cavablandırdı və "mikroemulsiyanın" QSC-nin istehsalat sahələrinə tətbiq olunmasında SAS-nın əməkdaşlıq etməyə hazır olduğunu və bunun böyük səmərə verəcəyinə əminliyini bildirdi.
Prezentasiyanın sonunda qərara alındı ki, QSC-nin mütəxəssisləri "mikroemulsiya" nın texniki şərtləri və xarakteristikaları ilə dərindən tanış olmalı, istehsalat sahələrindən götürülən nümunələr sınaqdan keçirilməlidir.
|
|