|
Xəbərlər
[25.06.2009]
QSC-də yeni qazanxananın quraşdırılması işləri davam etdirilir
Xəbər verildiyi kimi "Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrinin fasiləsiz olaraq buxar enerjisi ilə təmin olunması məqsədilə, 6-cı sahənin ərazisində (O. Vəliyev küçəsi 1) Türkiyənin "erensan" şirkətinin istehsalı (məhsuldarlığı 4500 kq/saat; 6-8 atm.) olan yeni qazanxananın quraşdırılmasına başlanılmışdır.
Son aylarda da iqtisadi çətinliklərə baxmayaraq daxili imkanlar hesabına qazanxananın quraşdırılması işləri davam etdirilmişdir. Belə ki, qazanxana binasında əsas tikinti işləri başa çatdırılmış, buxar qazanı binaya yerləşdirilmişdir. QSC-nin Elektromexaniki təmir sexinin mütəxəssisləri layihəyə görə qazanxananın mexaniki və elektrik işlərini, eləcə də qaz və buxar xətlərinin çəkilişini əsasən başa çatdırmışlar.
Elektromexaniki təmir sexinin rəisi Roman Əliyevin bildirdiyinə görə daxili imkanlar hesabına artıq qazanxanada əsas işlər yerinə yetirilmişdir. Hazırda qazanxana binasının dam örtüyünün birləşdirici xətlərin, nasosların və nəzarət ölçü cihazlarının quraşdırılması istiqamətində işlər davam etdirilir. Yay mövsümündə son tamamlama işləri başa çatdırılaraq yeni qazanxananın istifadəyə verilməsi nəzərdə tutulur ki, bu da istehsalatın buxar enerjisi ilə təminatını xeyli dərəcədə yaxşılaşdıracaqdır.
|
|