|
Xəbərlər
[9.07.2009]
QSC-nin istehsalat sahələrində yaşıllaşdırma işlərinin
genişləndirilməsi davam etdirilir
QSC-nin istehsalat sahələrində iş şəraitinin və ekoloji vəziyyətin yaxşılaşdırılması, eləcə də, estetik təsirin gücləndirilməsi vacib bir amil kimi həmişə diqqət mərkəzində saxlanılır və bu istiqamətdə mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.
Bu məqsədlə QSC-nin istehsalat sahələrində zərərli maddələrin təsir dərəcəsinin azaldılmasında mühüm rol oynayan yaşıllıqların salınması, onların mühafizəsi və inkişaf etdirilməsi işləri günü-gündən genişlənməkdədir. Bu işlərin yerinə yetirilməsi QSC-nin İnzibati təsərrüfat şöbəsinə (İTŞ) həvalə edilmişdir. Təcrübəli bağbanlar Qurban Səfərov və Məcnun Paşayev öz vəzifələrini peşəkarlıqla yerinə yetirməklə yanaşı, bu sahədə bilik və bacarıqlarını gənclərə həvəslə öyrədirlər.
İTŞ-nin təcrübəli mütəxəssislərinin və bağbanların fəaliyyəti nəticəsində ötən ildə olduğu kimi, bu il də yaşıllıq sahələri genişləndirilmiş, ağac və bəzək kollarının sayı xeyli dərəcədə artırılmışdır. Yaşıllıqlar müasir suvarma sistemləri ilə təchiz olunmuşdur.
Bağbanların gərgin əməyi sayəsində isti yay günlərində suvarma işlərinin müntəzəm aparılması və yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi nəticəsində, istehsalat sahələri gül-çiçəyə və yaşıllıqlara bürünmüşdür.
QSC-də istehsalat proseslərinin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi ilə atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması da yaşıllıqların inkişaf etməsinə öz müsbət təsirini göstərmişdir.
"Ekol Mühəndislik Xidmətləri" QSC , ekoloji vəziyyətin yaxşılaşdırılmasında və insan sağlamlığının qorunmasında yaşıllıqların roluna böyük önəm verir və bu sahəni fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul edərək bundan sonra da bütün zəruri tədbirləri həyata keçirəcəkdir.
|
|