|
Xəbərlər
[15.07.2008] "Ekol Mühəndislik Xidmətləri" QSC-də Kamil Akimovun 81 illiyi təntənə ilə qeyd olunmuşdur.
11 iyul 2008-ci il tarixdə uzun illər neft sənayesində rəhbər vəzifələrdə çalışmış, hazırda QSC-də məsləhətçi vəzifəsində işləyən Akimov Kamil Əlisoltan oğlunun 81 illiyi təntənə ilə qeyd olunmuşdur. Tədbirdə QSC-nin rəhbərliyi və kollektivi iştirak etmişlər.
QSC-nin baş direktoru Soltan Əliyev, baş direktorun müavinləri Məzahir Hüseynov, Ramil Əliyev və kollektivin bir çox üzvləri K.Akimov haqqında öz ürək sözlərini qeyd etdilər və ona gələcək fəaliyyətində uğurlar arzuladılar .
Kamil Akimov əmək fəaliyyətinin və həyat yolunun maraqlı anlarından xatirələr danışdı, ona göstərilən qayğı və diqqətə görə rəhbərliyə və kollektivin bütün üzvlərinə öz minnətdarlığını bildirdi.
Sonda K.Akimova xatirə hədiyyəsi təqdim olundu.
|
|