|
Xəbərlər
[14.07.2009]
QSC-nin Nəqliyyat və xüsusi texnika şöbəsi 2009-cu ilin I-ci yarımilliyini uğurla başa vurmuşdur
QSC-nin həyata keçirdiyi ekoloji layihələrin icra olunmasında xüsusi texnikanın və nəqliyyat vasitələrinin rolu əvəzsizdir. Bu məqsədlə QSC-nin strukturunda fəaliyyət göstərən Nəqliyyat və xüsusi texnika şöbəsi (NXTŞ) xeyli sayda xüsusi texnika və nəqliyyat vasitələri ilə təchiz olunmuşdur.
Hazırkı iqtisadi çətinliklər şəraitində qənaət rejimində işləyən NXTŞ əvvəlki illərdə olduğu kimi, 2009-cu ilin I-ci yarımilliyində də layihələrin icrasına lazım olan xüsusi texnika və nəqliyyat vasitələrini cəlb etmiş, istehsalatın fasiləsizliyi təmin olunmuşdur.
Ötən 6 ay ərzində istehsalat sahələrində xüsusi təyinatlı lilsoran və özüboşaldan "Kamaz" maşınlardan, ekskavatordan, buldozerdən və krandan istifadə olunaraq, QSC-nin "Sifarişçi" təşkilatları olan "Suraxanı OİL" LTD-nin mədən ərazilərindən təmizləmək məqsədilə 14 298 m3 lay suyu, İxtisaslaşdırılmış Xəzər Dəniz Neft Donanma İdarəsindən gəmilərdə formalaşan 1 033 m3 döşəməaltı lyal suyu daşınmışdır. Bu müddət ərzində xüsusi texnikadan istifadə olunaraq "Salyan OİL" LTD-nin mədən ərazilərində qazma şlamının rekultivasiya işləri davam etdirilmiş və 14 min m3-dən çox şlam, 16 min m3 qrunt, 4 min tondan çox isə çirkab su daşınmışdır. Cari istehsalat işlərinə lazım olan texnika və nəqliyyat vasitələri vaxtlı-vaxtında ayrılmışdır.
QSC-nin Nəqliyyat və xüsusi texnika şöbəsi iş qrafikinə uyğun olaraq fasiləsiz və qənaət rejimində fəaliyyətini davam etdirir.
|
|