"Ekol Mühəndislik Xidmətləri" QSC neft və qaz sənayesi müəssisələri
arasında keçirilən nərd turnirinin diplomuna layiq görülmüşdür
Respublikamızda 20 sentyabr "Neftçilər Günü" və "Əsrin müqaviləsi"-nin imzalanmasının 15 illik yubileyinə hazırlıq işləri görülür. Bununla əlaqədar olaraq ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin "Neftçi" İdman Sağlamlıq Mərkəzi də bir sıra silsilə tədbirlər həyata keçirir.
Neftçilərin peşə bayramı ərəfəsində neft və qaz sənayesi müəssisələri arasında keçiriləcək ənənəvi XVII Spartakiadaya ciddi hazırlaşan "Neftçi" İSM təsdiq olunmuş vahid idman təqvim planına əsasən, 16 iyul 2009-cu il tarixdə Suraxanı qəsəbəsində T.İsmayılov adına OTİK-də neft və qaz sənayesi müəssisələri arasında nərd yarışı təşkil etmişdir.
Bu yarışda müxtəlif müəssisələrdən 26 komanda iştirak etmişdir. Turnirdə 3 nəfər heyətlə "Ekol Mühəndislik Xidmətləri" QSC -nin komandası da təmsil olunmuşdur.
Gərgin şəraitdə keçən yarışda gözəl oyun nümayiş etdirən komandamız III-cü yeri tutmuş və "Ekol Mühəndislik Xidmətləri" QSC neft və qaz sənayesi müəssisələri arasında keçirilən nərd turnirinin diplomuna layiq görülmüşdür.
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.